20 Avqust 2018 16:57
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Əfv Təşkilatı (BƏT) İran hakimiyyəti tərəfindən Güney Azərbaycan türklərinə qarşı başladılan həbs kampaniyasına etiraz edib.

Teleqraf.com xəbər verir ki, təşkilat İran hakimiyyətindən həbs edilmiş azərbaycanlı fəalların sərbəst buraxılmasını tələb edib.

BƏT bununla bağlı 7 səhifəlik sənəd yayımlayıb.

İran hakimiyyətinə müracitlə yayılmış sənəddə deyilir:

“Azərbaycan türklərin haqlarını müdafiə edən fəalları sərbəst buraxın və mədəni fəaliyyətlərinin qarşısını almaq cəhdlərinizi dayandırın”.

120 nəfərin qanunsuz olaraq həbs edildiyini diqqətə çatdıran BƏT İran hakimiyyətindən azərbaycanlı milli fəal İbrahim Nurini qeyd-şərtsiz azadlığa buraxmasını tələb edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər