21 Avqust 2018 11:20
2 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim İran xalqı ilə problemimiz yoxdur. İran xalqı bilməlidir ki, biz mübarizəni ona qarşı repressiya aparan, başıaçıq qadınları həbs edən, homoseksualları insanların gözləri qarşısında edam edən qəddar İran hakimiyyətinə qarşı aparırıq.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşündə deyib.

Netanyahu İran cəmiyyətini hakimiyyətə qarşı mübarizəyə çağırıb:

“İranın region ölkələrinin daxili işlərinə müdaxiləsinə gəlincə, hesab edirəm ki, Vaşinqton və Tel-Əviv İran və Suriya məsələsində öz mövqelərini bir-biri ilə daha çox koordinasiya etməli, digər ölkələr, o cümlədən qonşu ölkələr də Amerika kimi İrana qarşı sanksiyalar tətbiq etməlidirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər