24 Avqust 2018 10:35
1 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp üçün impiçment elan edilə bilər.

Teleqraf.com xəbər verir ki, siyasi şərhçi Natiq Cəfərli son dömələrdə ABŞ prezidenti ətrafında gedən prosesləri şərh edib.

Şərhçi keçmiş konqresmen Maykl Kohenin Tramp haqda səsləndirdiyi fikirlərə diqqət çəkib:

“Mayk Kohenin məhkəmədə etirafına görə, Donald Tramp seçkilər dönəmində iki keçmiş məşuqəsinə, pornoulduz Stormi Aniels və “Playboy ulduzu” Karen Makduqla pul ödəyib ki, onlar Trampla olan erotik münasibətləri haqqında mediaya danışmasınlar. Məsələ çox ciddidir.

Tramp isə Fox TV-yə müsahibə verib və deyib ki, o xanımlara pulu seçki kampaniyası üçün yığılmış vəsaitdən deyil, öz cibindən ödəyib. Lakin qanun görə, seçki üçün yığılan pullar haqqında namizədlər hesabat verməlidirlər, Trampın hesabatında bu ödənişlər göstərilməyib. Bu isə ciddi pozuntudur.

Tramp iddia edir ki, əgər onu impiçment etsələr ABŞ iqtisadiyyatı çökər, vurğulayıb ki, Amerika tarixinin ən uğurlu prezidenti odur və inanmır ki, onu vəzifədən uzaqlaşdırsınlar.

Əslində Donald Tramp haqlıdır, impiçment baş tutsa, ilk günlər ABŞ-ın qiymətli kağızlar bazarında ciddi ucuzlaşma olacaq, dollar dəyər itirəcək, amma sonra hər şey qaydasına düşəcək.

Beləliklə, dünya Amerikanın yazılmamış ənənələrini yıxan insandan, qeyri-müəyyənlikdən qurtulacaq. Özünə nəzarət edə bilməyən adam bütün dünyaya nəzarət etmək istəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər