Türkiyə ilə Rusiya arasında münasibətlər getdikcə daha da yaxşılaşır. Ölkələrimiz arasında yaxşı münasibətlər regionun sabitliyi üçün də çox vacibdir. Yaxın günlərdə iki ölkə lideri arasında görüş olacaq. Soçi formatındakı zirvə toplantısı Tehranda keçiriləcək.
Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, bu sözləri Suriya böhranı və ikitərəfli əlaqələrin müzakirə edilməsi üçün Moskvaya səfər edən Türkiyə Xarici işlər naziri Mövlud Çauşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşə başlamazdan öncə jurnalistlərə açıqlamasında deyib.
Sergey Lavrov Rusiyanın beynəlxalq məsələlərdə Türkiyə ilə iş birliyinə böyük əhəmiyyət verdiyini söyləyib. Nazir Türkiyə ilə Rusiya arasındakı hərbi texniki iş birliyinin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə ölkələr arasında əlaqələrin bir çox sahədə uğurla inkişafı davam edir.