ABŞ-ın Türkiyədəki səfirliyinin binasını atəşə tutmaqda şübhəli bilinən daha 2 nəfər saxlanılıb.
Teleqraf.com “Hürriyet”ə istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının saxlananları sorğu-sual etdiyi bildirilir. Bundan öncə ABŞ-ın Ankaradakı səfirliyini atəşə tutmaqda təqsirli bilinən Əhməd Çelikten və Osman Gündeş maşında tutulmuşdu.
Xatırladaq ki, hadisə avqustun 20-də yerli vaxtla səhər saat 5:30-da baş verib. Naməlum şəxslər ağ rəngli avtomobillə səfirliyə yaxınlaşaraq binaya 6 dəfə atəş açıblar. Hadisə zamanı xəsarət alan olmayıb.