27 Avqust 2018 07:02
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya 20 şirkətin dəstəyilə uçan avtomobil layihəsinin icrasına başlayıb.

Teleqraf.com xəbər verir ki, maşınların istehsalına 40 milyon 400 min dollarlıq büdcə ayrılıb.

Ölkə mətbuatında yayılan xəbərlərə görə, “Uber”, Yaponiya Hava Yolları, “Airbus”, “Boeing”, NEC, “Toyota”, ANA və “Yamato” markalarının da aralarında olduğu 20 şirkət layihənin icrası üçün yol xəritəsi hazırlayacaq.

Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi maşının akkumulyator, motor və digər hissələrinin istehsalı üçün büdcə müəyyənləşdirib.

Layihə çərçivəsində maşınların satışı 2020-ci ildə həyata keçirilməyə başlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər