Tehran Universitetinin tələbəsi, Güney Azərbaycandan olan milli-mədəni fəal Pərisa Rəfiyə hökm oxunub.
Teleqraf.com xəbər verir ki, İran İnqilab Məhkəməsinin qərarı ilə milli fəal 7 il azadlıqdan məhrum edilib.
Pərisa xanım İran hakimiyyəti əleyhinə təbliğat aparmaqda və ictimai asayişi pozmaqda ittiham edilir.
Qeyd edək ki, fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfi Tehran Universitetinin Tələbələr Şurasının üzvü kimi mədəni tədbirlərdə aktiv fəaliyyət göstərib.