İndoneziya hökuməti Çin investorlarını ümumi dəyəri 13,2 milyard dollar təşkil edən infrastruktur layihələrində iştiraka dəvət edib.
Teleqraf.com xəbər verir ki, söhbət elektrik stansiyalarının tikintisindən, həmçinin bir sıra əyalətlərdə ödənişli yollar şəbəkəsinin yaradılmasından gedir.
Ötən il İndoneziya iqtisadiyyatına 5,5 milyard dollar investisiya yönəldən Çin Yaponiyanı ötərək ikinci yerə qalxıb.
Birinci yeri isə 8,4 milyard dollar sərmayə qoyan Sinqapur tutur.