31 Avqust 2018 11:11
2 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə saxlanılmış Türkiyə vətəndaşının sərbəst buraxılmasına kömək etdikdən sonra ümid edirdim ki, keşiş Endryu Bransonu azad edəcəklər. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məni məyus etdi.

Teleqraf.com xəbər verir ki, bunuBloomberg”-ə müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.

Amerika başçısı sözünə belə davam edib: “Bunun üçün ona kömək etdim. Amma böyük məyusluqla üzləşdim. Məsələnin hansı formada həll ediləcəyinə də baxacağıq”.

Tramp “Bloomberg”-ə Branson məsələsi haqda danışmaq istəmədiyini, bunun xüsusi iş olduğunu söyləyib, bu istiqamətdə Türkiyəyə göstəriləcək təzyiqlərdən isə söz açıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər