7 Sentyabr 2018 23:40
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən 200 milyard dollarlıq məhsula tətbiq edilməsi nəzərdə tutulan 267 milyard dolarlıq gömrük rüsumu ilə bağlı qısa zamanda qərar verməyə hazır olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, Cənubi Dakota əyaltinə səfəri zamanı Tramp Air Force One təyyarəsində jurnalistlərə ABŞ-Çin gərginliyini artıracaq açıqlamalar verib.

"Bu addımı atmaqdan nifrət edirəm, amma yeni gömrük rüsumlarını qısa zamanda tətbiq etməyə hazıram", deyə Tramp bildirib.

Tramp administrasiyası dəniz məhsullarından idman mallarına, qaz və kimyəvi minerallardan quru meyvələrə qədər olan 5 min adda (200 milyard dollarlıq) məhsula 267 milyard rüsum tətbiq edəcəklərini bəyan edib.

Hazırda Çinin 50 milyard dollarlıq məhsuluna 25 faiz gömrük rüsumu tətbiq edən ABŞ gələcəkdə bunu artırmağı düşünür.

AB, Maliyyə Nazirliyinin məlumatına görə, ötən il ABŞ Çindən 505,5 milyard dollarlıq məhsul idxal edib. Bu ilin birinci yarısında bu göstərici 250 milyard dollar civarında olub.


Müəllif: Teleqraf.com