İraqın Tehrandakı səfiri Raci Sabir Ubeyd Əl-Musəvi İranın Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat tələb olunub.
Teleqraf.com xəbər verir ki, diplomatın XİN-ə dəvət edilməsinə səbəb Bəsrədəki İran konsulluğunun yandırılması olub.
İran XİN-in sözçüsü Bəhram Qasimi deyib ki, səfirə xəbərdarlıq edilib:
“İraq təhlükəsizlik qüvvələri İranın Bəsrədəki konsulluq binasını qorumaq öhdəliyi olsa da, bu məsələyə məsuliyyətsiz yanaşıb”.
Qasimi deyib ki, səfirlə görüş zamanı İranın etirazlarını İraq hökumətinə çatdırılması və Bəsrədə konsulluğa hücum edən şəxslərin dərhal həbs edilməsi istənilib.