İsrail ordusu Qahirədə davam edən atəşkəs danışıqlarının nəticəsiz qalmasının ardından ölkəyə Qəzzadan 50 raket atıldığını bildirib.
Teleqraf.com qafqazinfo-ya istinadən xəbər verir ki, İsrail ordusunun sözçüsü bildirib ki, raketlərdən ikisi havada zərərsizləşdirilib. Raket hücumları nəticəsində ölən və yaralananların olmadığı açıqlanıb.