Rusiya Müdafiə Nazirliyi Aralıq dənizində radarlardan itən təyyarə ilə bağlı açıqlama yayıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, içərisində 15 nəfərdən ibarət şəxsi heyət olan təyyarə Bəşər Əsəd qüvvələri tərəfindən vurulub.
Ancaq Rusiya bu məsələdə günahkarın İsrail olduğunu bəyan edib.
“İsrailli pilotlar rus təyyarəsini sanki Suriya hava hücumundan müdafiə sistemlərinin qabağına atıb. İsrail tərəfi bu zaman bizi xəbərdar etsə də, təyyarəni raket zərbəsindən qaçırmaq mümkün olmadı.
15 hərbiçimiz İsrail tərəfinin məsuliyyətsizliyindən vəfat etdi. Bu, açıq təxribatdır” – deyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.