Məşhur serb rəssam Marina Abramoviç öz sərgisində döyüldü.
Teleqraf.com xəbər verir ki, Florensiya şəhərində “Plazzo Strozzi” muzeyində sərgi zamanı iştirakçılardan biri rəssamı çəkdiyi portretlə döyməyə başlayıb.
51 yaşlı Çexiya vətəndaşını polis həbs edib.
İnsident Marinanın sərgini tərk etmək istədiyi zaman baş verib. Avtoqraf veridiyi zaman bir kişi ona yaxınlaşıb. Öncə heç bir təhlükə hiss etməyən rəssam daha sonra həmin kişi tərəfindən döyülməyə başlayıb:
“Birdən o, məni portretlə vurdu. Şəkil cırıldı və mən çərçivənin arasında qaldım. Hər şey çox tez baş verdi”
Florensiya polisi faktla bağlı araşdırma aparır.