25 Sentyabr 2018 20:24
1 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp BMT Baş Assambleyasında çıxış edərkən iclas zalını tərk edib.

Teleqraf.com xəbər verir ki, Ərdoğanın bu addımının səbəbi açıqlanmır.

Bildirilir ki, Tramp çıxışı zamanı Suriyadan qaçqın qəbul edən ölkələrin adlarını sadalayarkən Türkiyəni qeyd etməyib.

Başqa bir məlumata görə, Trampdan sonra çıxış növbəsi Ərdoğanın olduğu üçün o, hazırlıq üçün zalı tərk etməli olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər