30 Sentyabr 2018 13:16
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvada qeyri-adi hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, Litvalı bir vətənpərvər “IKEA” şirkətindən aldığı stəkanı üzərində “Rusiya istehsalı” yazısına görə geri qaytarıb.

“Həmişə alış-veriş mərkəzlərindən nəsə alanda üzərində “Rusiya istehsalı” yazısı olub-olmamasına diqqət edirəm. Budur “IKEA”nın rus istehsalı stəkanı. Gedim özlərinə qaytarım”, – deyə Kristap adlı qadın öz “tvitter” hesabında qeyd edib.

Kristapın bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən alqışla qarşılanıb.


Müəllif: Mirvari Əzizova