1 Oktyabr 2018 19:24
1 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cinsi ayrı-seçkiliyə qarşı hazırladğı klipinə görə təzyiqlərə məruz qalan 19 yaşlı tacik müğənnu Zere Asilbek ölümlə təhdid olunur.

Teleqraf.com xəbər verir ki, bir qrup tacik onu əxlaqsızlığı təbliğ etmək və qızlara pis örnək olmaqda ittiham edib.

Asilbekin mahnısında 'Bizi, bizim azadlığımız yaradacaq. Bir gün gələcək kimsə mənə nə geyinmək lazım olduğunu deməyəcək" ifadələri yer alıb.

Nisbətən açıq-saçıq geyimli qızlarla yanaşı hicablı qadınların da yer aldığı klipə münasibət birmənalı deyil.

Bir qrup müğənnini ölümlə hədələdiyi halda, bir qrup ona dəstək verib.

Human Rights Watch insan haqları təşkilatı 6 milyon əhalisi olan Tacikistanda qadınlara qarşı şiddətin səviyyəsinin yüksək olduğunu bəyan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər