5 Oktyabr 2018 00:30
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnquşetiyanın paytaxtı Meqasda etiraz mitinqləri başlayıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Çeçenistanla İnquşetiya arasında olan mübahisəli torpaqların qarşı tərəfə verilməsidir.

5 minə yaxın etirazçı parlament binası qarşısına toplaşıb, yolları bağlayıblar.

İnquşetiya parlamentində Çeçenistanla uzun müddətdir davam edən ərazi mübahisəsi “sərhədlərin dəyişdirilməsi haqqında” qanunun təsdiq olunması ilə başa çatsa da, əhali bu qanunu qəbul etməyib.

Qeyd olunur ki, deputatlar rus qvardiyasının hərbiçilərinin müşahidəsi ilə insanların qarşısına çıxsalar da, bu zaman onlara atəş açılıb və onlar dərhal məclisin binasına geri qayıdıblar.

Hazırda paytaxtda yollarda hərəkət dayanıb, internetin fəaliyyətində fasilələr müşahidə olunur.



Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər