21 Avqust 2014 19:38
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko Moskvada ötən gecə Kotelniçeskaya sahilində Stalin təpəciyi adlanan göydələnlərin birinin başına Ukrayna bayrağı asılmasına öz fikirlərini bölüşüb.

ANS PRESS-in məlumatına görə, siyasətçinin Stalin təpəciyində Ukrayna bayrağının asılması və binanın təpəsindəki ulduzun sarı və göy rəngə boyanması "çox xoşuna gəlib".

"Mənim çox xoşuma gəldi ki, bizim rənglərimizi həmin gün Moskvanın ən hündür təpəciyində rənglədilər", - deyə prezident öz videomüraciətində deyir.

Petro Poroşenko çıxışının sonunda "Bizim rənglərimiz" aksiyasını elan edərək Ukrayna vətəndaşlarını ev, ofis və avtomobillərdə milli bayrağı asmağa çağırıb.

Prezident başqalarına nümunə olmaq üçün öz maşınının şüşəsinə sarı-göy bayraq bərkidib.

Xatırladaq ki, Moskvada baş verən insidentlə bağlı Taqanskiy rayon polisi tərəfindən 4 şübhəli şəxs saxlanılıb.

Alpinist təchizatı ilə birlikdə saxlanan həmin gənclərin insidentlə əlaqəli olduğu ehtimal edilir.

Onlara qarşı "vandalizm" və "dələduzluq"maddələri ilə cinayət işinin qaldırılacağı gözlənilir.


Müəllif:

Oxşar xəbərlər