Səudiyyə Ərəbistanı hökuməti ABŞ prezidenti Donald Trampın "Qaşıqçının itkin düşməsinin arxasından Ər-Riyad çıxarsa ağır cəzalar olacaq" xəbərdarlığına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, hökumət rəsmiləri ABŞ-ın addımlarını cavabsız qoymayacaqlarını bəyan ediblər.
Oktyabrın 2-dən itkin düşən səudiyyəli jurnalist Camal Qaşıqçının yox olmasının səbəbi hələ də müəyyən edilməyib.
"Biz ABŞ-ın əsassız sanksiyalarına boyun əyməyəcəyik. İqtisadi və siyasi sanksiyalara hazırıq", deyə səidiyyə rəsmisi ölkənin rəsmi agentliyi olan SPA-ya açıqlamasında bildirib.