16 Oktyabr 2018 12:49
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün əhəmiyyətli gündür, Ermənistanda başladığımız inqilabı başa çatdıracağıq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, qarşıya qoyulan məqsədə böyük ölçüdə nail olduqlarını bildirib.

Qeyd edək ki, Nikol Paşinyan parlamentin yenidən qurulması üçün bu gün istefa verəcəyini açıqlayacaq.

Baş nazirin səlahiyyətlərini müvəqqəti olaraq, müavini Ararat Mirzoyan icra edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu