17 Oktyabr 2018 17:31
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş prezidenti Mixal Saakaşvili “İmedi” telekanalının sahibi Badri Patarkatişvilinin cinayət işində iştirak etməkdə ittiham edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Məlumatda deyilir ki, iş adamının öldürülməsi planı Mixail Saakaşvili tərəfindən təsdiq edilib və bununla bağlı səsyazısı var:

“Danışıqlarda Badri Patarkatişvilinin siyasi rəqibləri və dönəmin dövlət rəsmiləri arasında soyuq münasibətlərin olmasına görə cinayətə hazırlıq prosesinə keçmiş prezident Mixail Saakaşvilinin razılıq verdiyi sübut olunur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər