Krımda baş verən terror aktı ilə əlaqədar üç gün matəm elan olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Krımın rəhbəri Sergey Aksenov məlumat yayıb.
Xatırladaq ki, bu gün Krımın Kerç şəhərindəki texnikumda terror aktı baş verib. Qanlı hadisəni texnikumun tələbəsi Vladislav Roslyakov törədib. Hadisə nəticəsinə 19 nəfər ölüb, 50-ə yaxın insan yaralanıb.