20 Oktyabr 2018 11:50
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı dövlət səviyyəsində jurnalist Camal Qaşıqçının İstanbul konsulluğunda öldürüldüyü, bu cinayətlə əlaqəsi olan 18 nəfərin həbs olunduğu, habelə 5 şəxsin tutduğu yüksək vəzifədən çıxarıldığını elan etsə də, beynəlxalq mətbuatı indi cəsədin harada olması maraqlandırır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, artıq sosial şəbəkələrdə “Camal Qaşıqçının cəsədi haradadır” kampaniyası başlayıb.

Minlərlə istifadəçi bu barədə statuslar yazıb.

Tvitterdə ingiliz dilində açılan #WhereIsTheBody kampaniyada minlərlə status paylaşılıb.

Səudiyyə Ərəbistanının etiraf açıqlamasında Qaşıqçının cəsədi haqqında heç nə deyilməyib. Bu isə beynəlxalq mediada Camal Qaşıqçının öldürülməsindən sonra cəsədinin parçalandığı haqda iddiaları gücləndirib.

“Röyter” Agentliyinə danışan Səudiyyə rəsmisi cəsəd haqqında informasiyaları olmadığını deyib. Başqa bir Səudiyyə rəsmisi ilə agentliyə deyib ki, cəsəd yerli əməkdaşa təslim edilib.

Jurnalist yoxa çıxdıqdan sonra türk axtarışlar aparıb. Bundan başqa, Camal Qaşıqçıya aid cəsədin hissələrini tapmaq məqsədilə Yalovada axtarışlar keçirilsə də, cəsəd tapılmayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər