Səudiyyə Ərəbistanının baş prokuroru Suud Muceb İstanbula gəlib.
Teleqraf.com "Haber7"ə istinadla xəbər verir ki, baş prokurorun müxalif ərəb jurnalist Camal Qaşıqçının öldürüldüyü baş konsulluqda araşdırma aparacağı gözlənilir.
Dünən axşam saatlarında xüsusi təyyarəyə ilə İstanbula eniş edən baş prokurorun İstanbul baş prokuroru İrfan Fidanla görüşü nəzərdə tutulub.