Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan hökumət kottecinin açarlarını təhvil verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Sərkisyan ofisinin mətbuat katibi Nairi Petrosyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Serj Sərkisyan bundan sonra Dzorağbur kəndində yaşayacaq.
Qeyd edək ki, bundan əvvəl Ermənistan mətbuatında onun kürəkəni Mixael Minasyanın evinə köçəcəyi barədə məlumatlar yayılmışdı.