4 Noyabr 2018 19:36
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya iqtisadiyyatı Rusiyaya tətbiq olunmuş sanksiyalara görə hər ay 727 milyon dollar itirir.

Teleqraf.com xəbər verir ki, bu qənaətə Almaniyanın Kil İnstitutunun dünya iqtisadiyatı üzrə ekspertləri gəliblər.

“Deutsche Wirtschafts Nachrichten” qəzetinin yazdığına görə bu, Almaniyanın ixracının ümumi həcminin 0,8 faizini təşkil edir. Analitiklər bildirirlər ki, Rusiya ilə ticarət əlaqələrinin pisləşməsindən Qərbin itirdiklərinin 40 faizi Berlinin payına düşür.

Ekspertlər onu da bildiriblər ki, anti-Rusiya sanksiyalarından Avropa daha çox itirir, nəinki ABŞ.


Müəllif: Səxavət