Almaniyanın Xarici işlər naziri Heyko Maş iranlı həmkarı Məhəmməd Cavad Zəriflə telefon danışığında rəsmi Berlinin nüvə anlaşmasının saxlanılmasının tərəfdarı olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, alman diplomat İran tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözlədiklərini deyib.
Heyko Maş İranın nüvə anlaşmasındakı öhdəlikləri yerinə yetirdiyi vaxtadək, Almaniyanın səylərini davam etdirməyə hazır olduğunu, lakin İrandan da problemləri aradan qaldıracaq addımlar gözlədiklərini də diqqətə çatdırıb.
Qeyd edək ki, bu gün ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaların icrasına başlayıb.