7 Noyabr 2018 16:24
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda cinsi azlıqların assosiasiya və toplaşmaq azadlıqları pozulur. Hökumət LGBT icmasının üzvlərinin təhlükəsizliyini təmin etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakuntsun yaydığı bəyanatda deyilib.

Ermənistan Baş naziri Nikol Paşinyana müraciət edən Sakunts qeyd edib ki, Ermənistanda həmişə müxtəlif səbəblərə görə ayrı-seçkilik olub:

“Lakin son aylarda baş verənlər misli görünməmiş hadisələrdir. Bu işdə ayrı-seçkiliyin hədəfi Ermənistanda sevgi və həmrəylik nümayiş etdirən insanların haqlarını cinsi oriyentasiyasına, yaxud cinsiyyətinə görə boğmaqdır”.

O bildirib ki, təhdidləri nəzərə alaraq xristian ölkələri arasında keçirilən beynəlxalq LGBT Forumunun Ermənistanda keçirilməsi qərarı ləğv edilib.

Noyabrın 6-da İrəvan polis idarəsinin rəisi Valeri Osepyan ictimai təhdidləri nəzərə alaraq, bu forumun İrəvanda keçirilməsinin məqsədəuyğun olmadığını deyib: “İndiki şəraidə belə bir forumun Ermənistanda keçirilməsi təhlükəli və risklidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər