8 Noyabr 2018 16:31
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Helsinki Vətəndaş Assambleyası (HCA) Respublika Partiyasının maliyyə və əmlak ehtiyatlarının əldə olunmasının qanuniliyini müəyyənləşdirmək üçün Ermənistan Baş Prokuroru Artur Davtyana müraciət edib.

Teleqraf.com xəbər verir ki, insan haqları təşkilatı son 20 ildə Ermənistanda keçirilmiş parlament seçkilərində partiya tərəfindən verilmiş bəyannamələrə istinad edib.

Bəyannamələr göstərir ki, Ermənistan Respublika Partiyası ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalarla müqayisədə üç dəfə daha çox maddi ehtiyata malikdir.

Bundan başqa, 2017-ci il üçün Respublika Partiyasının maliyyə və əmlakının xərcləri üzrə hesabata əsasən, partiyaya məxsus olan əmlak ölkənin bütün bölgələri, o cümlədən inzibati mərkəzlər və İrəvan şəhəri üzrə paylanır.

Bu faktları nəzərə alaraq, HCA mülkiyyətin əldə olunmasının qanuni olması, keçmiş prezident Serj Sərkisyanın rəhbərliyi altında olan Ermənistan Respublikı Partiyasının maliyyə resurslarının formalaşdırılması haqqında Baş Prokurorluğa müraciət edib.

Prokurorluq hələlik sorğuya cavab verməyib.

Ermənistan KİV Sərkisyanın partiyasının sorğuya tutarlı cavab verməyəcəyi halda, məsuliyyətə cəlb olunacağını istisna etmir.


Müəllif: Mənsur Rəğbətoğlu