9 Noyabr 2018 17:45
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

PYD siyasi qurumdur, YPG isə onun silahlı qoludur. YPG terror təşkilatı kimi görünsə də, Türkiyənin Rusiya ilə birlikdə Afrində PYD ilə işbirliyində olduğuna dair məlumatlar alırıq.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Ünal Çeviköz çıxış edib.

O, Rusiyanın PYD ilə isti münasibətlərinin olduğunu bildirib:

“Üstəgəl, PYD-nin Rusiyada bürosu olduğu halda, biz ancaq ABŞ-ın bu təşkilatla əlaqələrini müzakirə edirik. Lakin Rusiyanın PYD ilə işbirliyi haqda heç nə demirik. Bu, doğru yanaşma deyil”.

Ünal Çeviköz jurnalistin “Yəni, siz PYD-nin terror təşkilatı olmadığını iddia edirsiniz?” sualına belə cavab verib: “Mən belə bir şey demədim. ABŞ-la bağlı dilə gətirilən sözlər Rusiya üçün də işlədilməlidir. Ayrı-seçkilik etmək lazım deyil. Sadəcə Türkiyənin Afrində PYD ilə işlədiyi haqda məlumat aldığımızı dedim”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər