10 Noyabr 2018 16:11
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xeyrinə casusluq edən Avstriya ordusunun ehtiyatda olan zabiti Müdafiə Nazirliyində işləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avstriyada nəşr olunan “Profil” adlı jurnalda bildirilib.

Jurnal qeyd edir ki, ehtiyatda olan polkovnik əvvəlcə KİV-də yayıldığı kimi Zalsburqda deyil, birbaşa nazirlikdə – Vyanada çalışıb. Ona görə də mərkəzi idarənin bütün daxili məlumatlarını bilib.

Nəşr həmçinin bildirib ki, polkovnikin Rusiya xeyrinə casusluq etməsinə dair məlumatı Avstriya tərəfinə Almaniya hərbi əks-kəşfiyyatı verib.


Müəllif: Səxavət