10 Noyabr 2018 18:07
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin dövlət aviasiya şirkətlərindən olan “Commercial Aircraft China” şirkəti İrana sərnişin təyyarələrinin satışı ilə bağlı ehtimalları rədd edib.

Teleqraf.com-un məlumatına görə, aviasiya sənayesi ilə bağlı Çində keçirilən sərgidə jurnalistlərə açıqlama verən “Commercial Aircraft China” şirkətinin rəhbəri Jao Yuranq İrana sərnişin təyyarələrinin mümkün satışını rədd edrək deyib ki, şirkət ABŞ-ın İrana qarşı sanksiyalarına riayət edəcək:

“Yox, biz bunu edə bilməyəcəyik. Biz İrana sərnişin təyyarələri satmaq niyyətində deyilik”.

Xatırladaq ki, noyabrın 5-dən başlayaraq ABŞ-ın İrana qarşı genişmiqyaslı sanksiyalarının, o cümlədən də İran neftinin satışına qadağaların icrasına başlanılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər