12 Noyabr 2018 18:42
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya NATO təlimləri zamanı GPS blokadası tətbiq etdiyinə dair ittihamlara cavab verib.

Teleqraf.com xəbər verir ki, Kreml açıqlama yayaraq Finlandiya tərəfinin NATO təlimləri zamanı Rusiyanın GPS blokadası tətbiq etməsinə dair ittihamlarının heç bir əsasının olmadığını bəyan edib.

Qeyd edək ki, Finlandiya Rusiyanı NATO-nun “Trident Juncture 2018” təlimlərində rabitə siqnallarına əngəl yaratmqada ittiham edib.

Noyabrın 2-də “The Barents Obsever” portalı da ölkənin şimalında GPS qurğularının işə düşmədiyini bildirib.

Həmin pozuntuların məhz təlimlər vaxtı baş verməsi diqqət çəkib.

Qeyd olunur ki, “Trident Juncture 2018” təlimləri zamanı Rusiya bir neçə dəfə NATO-nu təxribata çəkmək istəyib.

Təlimlərin gedişində Böyük Britaniya öz qırıcılarını Şotlandiya səmalarında görünən rus bombardmançılarına görə havaya qaldırmalı olmuşdu.

Trident Juncture 2018 təlimləri 25 oktyabrdan noyabrın 7-nı qədər keçirilib. Təlimlərə 31 ölkədən 50 min hərbi qulluqçu, 250 təyyarə, 65 gəmi, 10 min ədəd hərbi texnika cəlb olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər