13 Noyabr 2018 16:17
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Binyamin Netanyahu jurnalist Camal Qaşıqçı cinayətində ittiham edilən Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd bin Salmanı müdafiə edir.

Teleqraf.com xəbər verir ki, bu iddia ABŞ-ın “Vaşinqton Post” qəzetindəki analitik məqalədə yer alıb.

Məqalə müəllifi Cekson Dehl qeyd edir ki, Netanyahu Qaşıqçı cinayətindən məsuliyyət daşıyan şəxsləri ittihamlardan yayındırmaq üçün xüsusi səy göstərir: “Netanyahu Ağ Evə gizli telefon zəngində cinayətdə rolu müzakirə edilən Məhəmməd bin Salmanın hakimiyyətdə qalmasının vacib olduğunu bildirib. Lakin bunun mediada yayılmasından sonra Netanyahu fikrini bir qədər yumşaldaraq, Səudiyyə Ərəbistanı daxilində sabitliyin qorunmasının vacib olduğunu dedi.

Digər yandan, İsrailin ABŞ-dakı səfiri Ron Dermer də açıq formada vəliəhdin müdafiə edilməsinin vacibliyinə diqqət çəkib”.

Müəllif yazır ki, Qaşıqçı cinayətinin 33 yaşlı şahzadə ətrafında müzakirə edilməsi İsrailin bölgə ilə bağlı strateji planlarını təhlükə qarşısında qoyur:

“Bu strateji planlar içində İrana qarşı qurulması nəzərdə tutulan regional ittifaq da var. Şübhəsiz ki, şahzadə Salman bu planın əsas dəstəkçilərindən biridir. ABŞ-ın da bu ittifaqı hərbi cəhətdən dəstəkləyəcəyi bildirilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər