ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları zamanı 71 nəfər ölüb, mindən çox insan itkin düşüb.
Teleqraf.com xəbər verir ki, ABŞ tarixinə ən fəlakətli yanğın kimi düşən bu hadisədə ölənlərin sayı durmadan artır.
Polis rəisi Kori Honea bildirib ki, 1011 nəfər itkin düşüb:
“Yanğın nəticəsində 12 min 263 ev və ofis kül olub. 52 mindən çox insan çadırlarda, dost və qohumlarının evində, vağzallarda qalır. Yanğın zaman həyatını itirənlərdən DNT analizi götürülür, onların şəxsiyyəti müəyyən edildikdə sahiblərinə təhvil verilir”.
Bu ara bəlli olub ki, çadırda qalanlar virusa yoluxduğu üçün minlərlə insan xəstəxanalara aparılıb.
Qeyd edilir ki, Prezident Tramp bu gün Kaliforniya ştatına gedib, yanğın zamanı ən çox itki verən şəhərlərdə insanlarla görüşəcək.
Prezident səfərdən əvvəl Kaliforniya qubernatorunu və digər rəhbərləri kəskin tənqid edib.