Misirli bir qadın bu il səudiyyəli jurnalist Camal Qaşıqçı ilə dini nikah bağladığını bildirib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə "Vaşinqton Post" xəbər yayıb. Təhlükəsizlik səbəbindən adını açıqlamayan qadın bildirib ki, Qaşıqçı ilə evliliyini onun müsəlman arvadı olaraq tanınmaq və bütün haqlarını əldə etmək üçün açıqlayıb.
Cəsədi hələ də tapılmayan Camal Qaşıqçının arvadı olduğunu iddia edən qadın onunla mesajlaşmalarını və toy fotolarını da təqdim edib. Toyun Vaşinqtonda olduğu bildirilir. Qaşıqçının ailəsi məsələyə münasibət bildirməkdən imtina edib.