Bu gün Beynəlxalq Polis Təşkilatının (İnterpol) toplantısında qurumun yeni rəhbəri müəyyən olunacaq.
Teleqraf.com xəbər verir ki, bu gün Dubayda başlanan İnterpolun iclası noyabrın 21-də başa çatacaq.
Məlumata görə, toplantıda Cənubi Koreya, Rusiya və Cənubi Afrikadan olan namizədlərdən biri İnterpolun yeni direktoru seçiləcək.
Bundan başqa, üç ölkənin İnterpola üzvlük məsələsinə baxılacaq.
Hazırda 192 dövlət İnterpol xətti ilə əməkdaşlıq edir.
Qeyd edək ki, İnterpolun sabiq rəhbəri Honqvei Manqedan Çində həbs olunduqdan sonra bu postdan istefa verib.