Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Vaşinqtonda bir araya gələn nazirlərin görüşü 45 dəqiqə çəkib. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edib, İstanbulda öldürülən jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı fikir mübadiləsi aparıblar.