Türkiyənin tanınmış müğənnisi Yıldız Tilbənin gecə klublarından birində baş tutan konserti zamanı gərgin anlar yaşanıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, ifaçı zəif müşayiətə görə ansamblın 4 üzvünü qovub.
Yıldız Tilbə konsertin ortasında üzünü zərb aləti ifaçısına tutaraq “necə ifa edirsən, bəyənmədim” deyə onu danlayıb. Oxumağa davam edən müğənni növbəti saatda ansambl üzvlərinə “mən Yıldız Tilbəyəm, düzgün çalın” deyərək xəbərdarlıq edib.
Yaşanan gərginlik tamaşaçılara sirayət etdiyi üçün Yıldız Tilbə əsəbiləşərək konserti tez başa çatdırıb.
Müğənni səhnə arxasında pis ifa edənlərin işdən qovulmasına göstəriş verib. Məlumata görə, 7 nəfərlik orkestr üzvündən 4-ü işdən azad olunub.