27 Noyabr 2018 12:47
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Argentinada keçiriləcək “G-20” sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi xahiş edib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Suddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.

“Hə, o Ərdoğanla telefonda danışarkən, Buenos-Ayresdə görüşməyin mümkün olub-olmadığını soruşub. Ərdoğan “baxarıq” deyib”.

Çavuşoğlu bir müddət öncə ABŞ Prezidenti Donald Trampın vəliəhd şahzadənin jurnalist Camal Qaşıqçının qətli ilə bağlı əvvəlcədən məlumatı olduğu haqda səsləndirdiyi fikrə də münasibət bildirib.

“Mən bilmirəm, Tramp bunu niyə görə deyib. Mən, həmçinin amerikalılarda bununla bağlı sübut olub-olmadığını da bilmirəm. “Mümkündür” bizim üçün qaneedici deyil, biz əmin olmaq istəyirik”, – deyə Çavuşoğlu sözlərinə əlavə edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər