27 Noyabr 2018 15:47
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq prezident Mixail Saakaşvili Gürcüstana qayıtdıqdan sonra ölkənin qərb bölgələrində liman kəndi olan Anakliyadakı “Lazika” azad iqtisadi zonasının başçısı olmaq istədiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o bu barədə “Rustavi 2” telekanalına müsahibəsində danışıb.

Sabiq prezidentin sözlərinə görə, o, Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra keçmiş baş nazir Bidzina İvanişvili kimi hökuməti qeyri-rəsmi idarə etmək niyyətində deyil:

“Mən gələcək hakimiyyətdən heç bir vəzifə tələb etmirəm və etməyəcəyəm. Mən hökumətdə olmayacağımı deyirəm, bu, hiylə deyil”.

Saakavili qeyd edib ki, əsas planı Gürcüstanı uğurlu dəniz ölkəsinə çevirməkdir: “Buna görə də, “Lazika” azad iqtisadi zonasının başçısı vəzifəsinə müraciət edəcəyəm. Bu zonanın lideri olmaq istəyirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər