28 Noyabr 2018 23:09
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səudiyyə şahzadəsinin jurnalist Camal Qaşıqçının ölümü ilə, doğrudan da, heç bir əlaqəsi yoxdur".

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Onun sözlərinə görə, ABŞ sentaında Qaşıqçının ölümü ilə bağlı keçirilən dinləmələrdə iştirak edən Pompeo Məhəmməd ibn Salmanı müdafiə edərək “Səudiyyə vəliəhdi şahazdə ölkəsində islahatlar aparır. Qaşıqçının öldürülmə əmrinin Məhəmməd ibn Salman tərəfindən gəldiyinə dair sübuta rast gəlməmişik. Qaşıqçı cinayəti tam aydınlaşandan sonra Tramp adekvat addımlar atacaq", deyə bildirib.

Pompeo ABŞ Senatının Səudiyyə Ərəbistanı üçün Qaşıqçı cinayəti ilə Yəməndəki vətəndaş müharibəsi arasında əlaqənin olması ehtimalı ilə bağlı araşdırma aparıldığını bildirib. "Səudiyyə şahzadəsinin jurnalist Camal Qaşıqçının ölümü ilə, doğrudan da, heç bir əlaqəsi yoxdur", deyə Pompeo qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər