30 Noyabr 2018 10:24
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniya baş qərargah rəisi qadın olan ilk NATO ölkəsi kimi tarixə düşüb.

Teleqraf.com xəbər verir ki, iki gün əvvəl Sloveniya Silahlı Qüvvələrinin Baş Qərargahına qadın başçı təyin olunub.

General-leytenant Alenca Ermence artıq ölkənin baş qərargah rəisi vəzifəsinin icrasına başlayıb.

55 yaşında olan xanım sabiq ordu komandanı hərbi karyerasına 1991-ci ildə, Sloveniya müstəqillik qazandıqdan sonra başlayıb.

Onun sonuncu vəzifəsi Silahlı Qüvvələrdə Baş Qərargah rəisinin müavini olub.

Sloveniya prezidenti Borut Pahor bəyan edib ki, Ermencenin orduda islahatlar aparacağına böyük ümid edirlər.


Müəllif: Cavad

Oxşar xəbərlər