“Böyük İyirmilik” ölkələri liderlərinin sammiti çərçivəsində Argentinanın paytaxtı Buenos-Ayresdə səfərdə olan ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla gələn ilin ilk aylarında görüşəcəklərinin anonsunu verib.
Teleqraf.com xəbər verir ki, G20 zirvəsindən sonra Vaşinqtona qayıtmazdan öncə jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti Kim Çen Inla 2019-cu il yanvarın sonu və ya fevralın əvvəlində görüşəcəklərini deyib.
Qeyd edək ki, tərəflər sonuncu dəfə iyul ayında Sinqapurda bir araya gəlmişdi.