4 Dekabr 2018 18:20
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp sələfi Barak Obamanın elektriklə işləyən avtomobillərlə bağlı başladığı ictimai təşviqata son qoyacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Ağ Evin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou ABŞ-ın avtomobil nəhəngi “General Motors”un bəzi fabriklərinin bağlanması qərarından sonra aparılan araşdırmalar barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu cür təbliğatın hamısı dayandırılacaq.

L.Kudlou qeyd edib ki, “General Motors”a yönəlik təşviqata son qoyulması mümkün olmadığı üçün bu proses 2020 və ya 2021-ci ildə həyata keçiriləcək.

Qeyd edək ki, “General Motors” ötən həftə 4-ü ABŞ ştatında və biri Kanadanın Ontario əyalətində olmaqla, ümumilikdə 5 istehsalat obyektinin gələn il bağlanacağını açıqlayıb.

ABŞ prezidenti D.Tramp avtomobil nəhənginin bu qərarından xəyal qırıqlığına uğradığını söyləmişdi:

“Meksika və Çində heç nə qapanmır. ABŞ “General Motors”u xilas etdi və bu da qarşılığındakı təşəkkürdür. Elektriklə işləyən avtomobillər daxil olmaqla, “General Motors”a yönəlik bütün təşviqatı dayandıracağıq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər