26 Avqust 2014 11:55
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna tərəfinin əsir götürdüyü rusiyalı desantlar bu ölkədə olmaqlarının əsas səbəblərindən danışıblar.

Teleqraf.com qafqazinfo-ya istinadən xəbər verir ki, sorğu-sualın videosu Ukrayna Antiterror Əməliyyatları qərargahının mətbuat xidmətinin rəsmi facebook hesabında yerləşdirilib. Rusiyalı hərbi əsirlər prezident Putini Ukraynaya qoşun göndərməyi dayandırmağa çağırıblar.

Yerli mətbuat iddia edir ki, Rusiya hökuməti desantları Ukraynaya göndərərkən onlara yalan məlumatlar verib. Belə ki, saxlanılanlardan biri sosial şəbəkələrdən birində ona məxsus hesabında “ezamiyyətə” getdiyini yazıb. Digər saxlanılan əsir Smirnov da ona ancaq qarşıdakı təlimlər barədə məlumat verildiyini deyib.

Digər əsir Milçakov isə etiraf edib ki, əgər onun iradəsindən asılı olsaydı Ukrayna torpaqlarına girməzdi: “Mən hesab edirəm ki, Ukrayna müstəqil ölkədir. Əgər orada nə isə problem varsa, qoy onlar öz daxilində həll etsinlər”. Desant həmçinin əlavə edib ki, onları Ukraynaya göndərəndə orada olmaqlarının məqsədini açıqlamayıblar: “Heç nə demədilər, bildirdilər ki, 70 kilometrlik bir marş həyata keçirəcəyik”.

Əsir serjant Qeneralov isə bildirib ki, Rusiyalı hərbçilər ümumiyyətlə Ukraynada nə etdiklərini bilmirlər və Rusiya mətbuatı bu ölkədəki situasiya ilə bağlı çoxlu yalan informasiyalar yazır.

Qeneralov həmçinin Rusiya hökumətinə müraciət edib və cavanları Ukraynaya göndərməməyə çağırıb: “Dayanın, lazım deyil. Niyə? Bu, bizim müharibə deyil. Əgər biz burada olmsaydıq, heç nə də olmayacaqdı”.


Müəllif:

Oxşar xəbərlər