Ukrayna Silahlı Qüvvələri Qara dəniz və Azov dənizində qanadlı raketləri sınaqdan keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbədi Aleksandr Turçinov bildirib.
"Qanadlı raketlər üçün uzaqlıq və suüstü hədəflərin dəqiqliklə məhvi qarşıya məqsəd qoyulmuşdu. Üzən vasitələrin məhvi üzrə modernləşdirilmiş С-125 raketləri öz effektivliyini sübut etdi", - Turçinov deyib.
Onun sözlərinə görə, təkmilləşdirilmiş raketlər 280 km məsafədəki hədəfləri dəqiqliklə məhv ediblər: "Həmçinin C-123 modernləşdirilmiş raket komplekslərinin köməyi ilə sahil müdafi sistemi yoxlanılıb. Təlim çərçivəsində 8 raket buraxılıb və onlar 8 hədəfi məhv edilib. Bu, çox yaxşı nəticədir".
Qeyd edək ki, Donbas və Krım məsələlərinə görə gərgin olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək, Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilib.