8 Dekabr 2018 18:10
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da evsiz şəxs bankın girişində içində minlərlə dollar pul olan çanta tapıb və onu könüllülərə təhvil verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vashinqton Post” qəzeti xəbər yayıb.

Hadisə Vaşinqton ştatının Samner şəhərində baş verib.

32 yaşlı Kevin But səhər tezdən çörək almaq üçün mağazaya gəlir. Orda içində pul olan çanta aşkarlayır və onu yaxınlıqdakı bankın könüllülərinə təqdim edir. Məlum olur ki, çantada 17 min dollar pul var. Az sonra bank əməkdaşları çantanı Kevinin iştirakı ilə polisə təhvil verirlər.

Polis idarəsi Butu fəxri fərmanla təltif edib, şerif Bred Merikke isə onun əlini sıxıb və çoxdandır bu situasiyada özünü But kimi aparan vətəndaşa rast gəlmədiyini bildirib.


Müəllif: Səxavət