26 Avqust 2014 15:04
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən uzun adamı olan ukraynalı Leonid Stadnik ölüb.

Teleqraf.com anspress-ə istinafən xəbər verir ki, Stadnik beyin qanaxmasından dünyasını dəyişib.

44 yaşlı Stadnik Ukraynanın Jıtomirsk vilayətinin Çudnovsk rayonun Podolyanç kəndində yaşayıb. Onun ölümü barədə Podolyanç kəndinin qəsəbə şurasından məlumat verilib. Stadnikin dəfni sabaha - avqustun 26-a planlaşdırılıb.

Jurnalist Artur Samarçev Stadnikin ölümünə beyin qanaxmasının səbəb olduğu barədə məlumat verib.

Leonid Stadnik indiyə kimi yaşayan ən uzun adam olub. Onun boyu 2 metr 57 santimetr təşkil edirdi.


Müəllif:

Oxşar xəbərlər